Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda ilk dəfə sahələrə çəltik əkilib

26 iyul 2016 | 16:00

Prezident İlham Əliyevin bölgələrdə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq, Samuxda ilk dəfə əkilən çəltikdən yüksək məhsuldarlıq gözlənilir.
Samux Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən  bildiriliк  ki, bu il rayonun Poylu kəndində 22 hektar ərazidə əkin işləri aparılıb.
Əkin üçün İtaliyadan gətirilmiş yüksək keyfiyyətli toxumdan istifadə olunub. İlkin mərhələdə sahələrdən normal tutum qeydə alınıb və birinci kompleks becərmə işləri başa çatdırılıb. Çəltik yığımı dövründə hər hektardan 50-60 sentner məhsul toplanılması gözlənilir. Məhsul yığımına sentyabr ayında başlanılacaq.

Keçidlər