Zərif ürəkli Məğrur Qadın
Bu gün Samux şəhər 1 saylı Uşaq bağçasında görkəmli həkim- oftolmoloq, akademik Zərifə xanım Əliyevanın 90 illik yubleyinə həsr olunmuş “Zərif ürəkli Məğrur Qadın” adlı tədbir keçirilmişdir.
Bir yaz günündə dünyaya göz açan və təbiətin oyandığı günlərdən birində əbədiyyətə qovuşan böyük insan, görkəmli alim, əvəzolunmaz həyat yoldaşı, qayğıkeş ana kimi yüksək keyfiyyətlərə malik Zərifə xanım Əliyeva haqqında danışan bağçanın müdiri çıxışını C.Cabbarlının
“Ana” şeiri ilə başladı. O, uşaqları Zərifə xanımın şərəfli həyat yolu ilə tanış etdi: Zərifə xanım Əliyeva .Bu adı dünyanın hər yerində yaxşı tanıyırlar. Ən azı ona görə ki, Zərifə xanım öz elmi nailiyyətiləri ilə yanaşı Azərbaycanın ictimai – siyasi həyatında da mühüm rol oynamışdı.O, eyni zamanda dövlət xadimi Əziz Əliyevin qızı, Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşıdır.
Hazırda Azərbaycan Respublikasına rəhbərlik edən dünya siyasətində öz dəst-xətti olan, atasının yaratdığı böyük siyasi məktəbin layiqli və uğurlu davamçısına çevrilən İlham Əliyevin anasıdır.
Şübhəsiz İlham Əliyevin rəhbərlik etdiyi zaman kəsiyində əldə etdiyi nailiyyətlərdə xalq arasında və eləcə də beynəlxalq arenada özünə layiqli yer tutmasında təbii ki, Ümummulli Liderlə yanaşı Zərifə xanım Əliyevanın da böyük rolu olmuşdur.
Əliyevlər ailəsi böyük ailə məktəbi kimi, zaman-zaman öyrəniləcək tədqiqat məktəbi olacaq. Bu ailənin qüdrətli ata adı, böyük ana adı daşıyan nümayəndələri mənəvi abidə olaraq həm övladlarının, həm də xalqımızın qəlbində əbədi yaşayacaqlar. Böyük analar xalqın anasıdır, millətin anasıdır. Zərifə xanım Əliyevanın timsalında da belə böyük ana görə bilirik.Bir ana qüdrəti, bir ana ucalığı beləcə abidə olur.
Tədbiri bağça uşaqları Zərifə xanıma həsr olunmuş şeirlərlə davam etdirdilər.
Sonda xalq şairi Fikrət Qocanın şeirinə qızı Sevil Əliyevanın yanğılı, hüznlü Ana mahnısı və dünya şöhrətli Müslüm Maqomayevin ifasında olan “Ana” mahnısının lent yazısı səsləndirildi.