Şriftin ölçüsü :

Saytın rəngi :

Amerika Birləşmişm Ştatlarının Azərbaycan Respublikasında olan səfirliyinin birinci müavini cənab Derek Hoqan Samux rayonuna səfər etmişdir.

21 iyul 2016 | 16:00

    Bu gun Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasında olan səfirliyinin birinci müavini cənab Derek Hoqan Samux rayon Qədili kəndində icma üzvləri ilə görüşmüşdür.Görüş zamanı cənab Derek Hoqan ABŞ-nın Azərbaycandakı səfirliyində Sosial-İqtisadi inkişaf fəaliyyəti məqsədi ilə SEDA adlı proqram çərçivəsində ölkə boyu müxtəlif kəndlərdə həyat səviyyəsini yaxşılaşdırmaq  üçün icmaları və yerli hökumət orqanlarını bir araya gətirməyə davam etdiklərini bildirmişdir. O cümlədən SEDA layihəsinin Qədili kəndində 90 ailəyə içməli su xəttinin çəkilməsində böyük rolu olduğunu və gələcəkdə də bu layihəni davam etdirəcəıklərini bildirdi. Qədili kənd sakinləri öz minnətdarlığını bildirdilər.Görüşün sonunda cənab Derek Hoqanı çay süfrəsinə qonaq etdilər və daha sonra xatirə şəkilləri çəkdirdilər.

Keçidlər