Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda gənclərin asudə vaxtlarının səmərəli təşkili və ekoloji turizmin inkişafı üçün “Gənclərin Sağlam İstirahəti-Ekoloji Turizm “adlı tur təşkil edildi.

18 iyul 2016 | 16:00

Ənənəvi olaraq gənclərin asudə vaxtlarının səmərəli təşkili və ekoloji turizmin inkişafında region gənclərinin rolunun artırılması məqsədi ilə Samux rayon İcra Hakimiyyətinin təşəbbüsü və Samux Rayon Gənclər və İdman İdarəsinin maliyyə dəstəyi, Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisi Samux rayon üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Gənclərin sağlam istirahəti-ekoloji turizm" adlı Hacıkənd, Göygöl turizm marşrutu üzrə ekoloji tur təşkil edildi.
Turda Samux rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev, Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin Rəhbəri Aygün Həsənzadə, Gəncə Dövlət Universitetinin Dosenti Ziyafət Bayramova və Səfərbərlik və Hərbi çağırış üzrə Dövlət Xidmətinin Samux rayon Şöbəsinin əməkdaşı Rüstəm Xudiyev də iştirak edərək gənclərə ekoloji maarifçiliyin artırımasında və ekoloji turizmin inkişafında fəal iştirak etməyi tövsiyyə etdilər.
Məqsəd ölkəmizidə qeyri-adi ekoloji turizm obyektlərinin təqdimatı, ictimaiyyətin diqqətinin təbiət abidələrinin mühafizəsinə cəlb edilməsi, biomüxtəlifliyin qorunmasında gənclərin məlumatlılığının artırılmasıdir.
Müxtəlif sahələrdə fəaliyyət göstərən əsasən Samux rayonu, Bakı və Gəncə şəhərlərindən olan 40 nəfər gənci bir araya toplayan turda "eko mühit", "eko turizm", "ölkəmizdə ekoloji turizimin inkişafına töhvələrimizi verək" və s.mövzularda məlumatlarla tanış olaraq, müzakirələr apardılar. Bununla yanaşı gənclərin asudə vaxtlarını səmərəli təşkili üçün "atıcılıq" üzrə yarış və digər maraqlı oyunlar da təşkil olundu.
Göygöl Milli Parkına ekskursiya isə çox gənclərin ilk ekskursiyası olduğu uçün cox maraqla qarşılandı.
Onu da qeyd edək ki, Ekoturizm - məqsədyönlü şəkildə təbii ərazilərə ətraf mühitin və yerli təbiətin vəziyyəti ilə daha da dərindən maraqlanmaq, bütün bunların daha da dərindən öyrənilməsi və dərk edilməsi məqsədilə edilən səyahətdir.
Dəyərli gənclər təbiətin qorunmasına, həm də çiçəklənməsinə birgə dəstək olaq!

Keçidlər