Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Gənclər və Idman Nazirliyinin yaranması gününə həsr edilmiş velo-yürüş keçirildi.

15 iyul 2016 | 16:00

Samux rayon İcra Hakimiyyətinin dəstəyi ilə Gənclər və İdman Nazirliyinin yaranması günü münasibəti, asudə vaxtın səmərəli təşkili və velosiped idman növünün kütləviliyinin təmin edilməsi məqsədi ilə Samux rayon Gənclər və İdman İdarəsinin nəznində olan Samux Velosipedçilər Klubu 14 iyul 2016-cı il tarixdə velo-yürüş keçirdi. Klubun rəhbəri Ayxan Əliyev və 30-dan çox velospied həvəskarlarının iştirak etdiyi bu yürüşdə velosipedçilər Samux şəhər Heydər Əliyev adına istirahət parkından start götürərək Samux şəhər, Sərkar, Ziyadlı, Qovlarsarı kəndlərindən keçməklə Qarayeri qəsəbəsi və həmin marşrut üzrə geri qayıtdılar.Marşurut boyu kəndlərdə böyük çoşqu ilə qarşılanan velosipedçilərimiz Heydər Əliyev adına istirahət parkında çay süfrəsinə dəvət olundular.Yürüşün böyük maraqla qarşılanmasını və bu idman növünə marağın sürətlə artmasını nəzərə alaraq avqust ayında daha bir velo-yürüş keçirilməsi nəzərdə tutulur.

Keçidlər