Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Seyidlər kəndində səyyari görüşü keçirilmişdir.

13 iyul 2016 | 16:00

Samux  Rayon  İcra Hakimiyyətinin  başçısı cənab  Alı Qocayevin rayonun Seyidlər kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd  sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Seyidlər  kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Əsgərov Tacəddin   kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Vəliyev Bari Msto oğlu 1 ədəd  subartezian quyusunun vurulmasını təklifini irəli sürdü.
2. Ağayev Camal Cəlal oğlu  yararsız elektrik dirəklərinin dəyişdirilməsini     xahiş etdi.
3. Həsənov Rafiq Əbdürrəhman oğlu isə yeni yaşayış massivində qaz olmayan evlərə təbii qazın verilməsi     təklifini irəli sürdü.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər