Samux rayonunda epizootik vəziyyət sabitdir
Samux Rayon Baytarlıq İdarəsinin həkimləri Gürcüstanla sərhəd kəndlərinə nəzarəti gücləndirib. Məqsəd qonşu ölkədən keçə biləcək yoluxucu xəstəliklərin qarşısını vaxtında almaqdır. Rayon Baytarlıq İdarəsinin əməkdaşları profilaktik tədbirlərlə yanaşı, əhali arasında maarifləndirmə işləri də aparır, fermerlərə məsləhət və tövsiyyələr verirlər. Baytarlar bu günədək bruselyoz, qarayara, dabaq, quduzluq əleyhinə vaksinasiya da aparıblar. Hazırda Samuxda 22 min baş iribuynuzlu, 163 min baş xırdabuynuzlu heyvan bəslənilir.
Mürvət Bağırov- Samux Rayon Baytarlıq İdarəsinin rəisi: “Samux rayonu ərazisində 35 kənd var. Bu kəndlərdə peyvəndlənmə işlərimiz davam etdirilir. Sevindirici haldır ki, iri və xırdabuynuzlu heyavanlarda heç bir yoluxucu xəstəlik aşkarlanmayıb. Epizootik durum sabitdir”.