Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 90 illiyi ilə bağlı tədbir keçirilmişdir.

18 aprel 2013 | 15:00

Samux rayonunda görkəmli oftalmoloq alim,  akademik Zərifə Əliyevanın anadan olmasının 90 illiyi ilə bağlı  silsilə tədbirlər keçirilir. Növbət tədbir 17 aprel 2013-cü il tarixində  Samux şəhər M.Ə.Sabir adına  1 saylı məktəb-liseyində keçirilmişdir.
Tədbiri giriş sözü ilə məktəb-liseyin direktoru açdı. O, Zərifə xanımın yaddaşlarda yaxşı ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri cəm halda özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr verən həkim-oftalmoloq, bir sözlə allahın öz bəndəsinə bəxş etdiyi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən bir insan kimi qaldığını bildirdi. Natiq Zərifə xanımın canlı zəkası, orijinal mühakimələri və parlaq mətbu çıxışları ilə seçilirdiyini, onun bir alim, pedaqoq, həkim kimi istedadının öz çoxcəhətliyi və dərinləyi ilə insanı heyrətə gətirdiyini xüsusi vurğuladı.
Tədbirdə  şagirdlərin “Zərifə Əliyeva -90 il” mövzusunda hazırladıqları əl işlərinə baxış keçirildi və əl işləri iştirakçılarda yüksək təssürat yaratdı. Eyni zamanda  Zərifə xanımım 90 illik yubileyi ilə əlaqədar keçirilmiş “Ana-müqəddəslik zirvəsi” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri müəyyən edildi.
Tədbir məktəb-liseyin IX sinif şagirdlərinin ifasında B.Vahabzadənin Zərifə xanım Əliyevaya həsr etdiyi “Rekviyem” səsləndirildi.
Tadbir “Ana” mahnısı ilə başa çatdı

Keçidlər