Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncədəki İmamzadə ziyarətgahında iftar süfrəsi açılıb.
Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncədəki İmamzadə ziyarətgahında iftar süfrəsi açılıb. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov, müxtəlif dini və etnik icmaların təmsilçiləri, şəhid ailələrinin üzvləri, veteranlar, həmçinin məcburi köçkünlər, qocalar, kimsəsizlər və imkansız şəxslər iştirak ediblər. Tədbirdə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərimizin ruhuna dualar edilib, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səsləndirilib.
İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb.
Mərasimdə çıxış edən hər kəs növbəti Ramazan bayramının Qarabağ torpaqlarında keçirilməsini arzulayıb.
Samux, 4 iyul, Rauf Hacıyev, AZƏRTAC