Samux rayonunda “2 iyul-Polis işçilərinin peşə bayramı günü” qeyd olundu
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarının peşə bayramı günü münasibəti ilə Samux rayonunda Polis şöbəsinin şəxsi heyətinin iştirakı ilə tədbir keçirildi. Tədbir iştirakçılar əvvəlcə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstləri qoydular. Daha sonra Heydər Əliyev Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev muzeyi ilə tanış oldular. Tədbir YAP Samux Rayon Təşkilatının inzibati binasında keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev Rayon Polis şöbəsinin əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik etdi və polis işçilərinin respublikamızdaki sabitliyin qorunmasındakı rolundan danışdı.
Azərbaycan Respublikası Milli Məclisin sədir müavini Valeh Əsgərov da çıxış edərək polisləri təbrik etdi və şərəfli işlərində onlara uğurlar arzıladı.
Daha sonra Samux Rayon Məhkəməsinin Sədri Nizami Hümbətov çıxış edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarını peşə bayramı günü münasibəti ilə təbrik etdilər.
Rayonda ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Samux Rayon Polis şöbənin bir sıra əməkdaşları təltif olundular.