Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin Başçısı vətəndaşların növbəti fərdi qaydada qəbulunu keçirdi

30 iyun 2016 | 16:00

Samux  Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayevin  başçılığı ilə vətəndaşların növbəti fərdi qaydada qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Vətəndaşların qəbulu saat 10:00-da başlamış, qəbula yazılmış 8 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. Onlardan 4 nəfəri pay torpağının suvarılması ilə əlaqədar, 1 nəfər işlə təmin olunması ilə, 1 nəfər evinin qarşısına balans verilməsi ilə əlaqəli, 1 nəfər sosial yardım ilə əlaqədar, 1 nəfər isə evinin sənədləşməsi ilə əlaqəli  müraciət etmişdirlər
Dinlənilmiş müraciətlərin  və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər