Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda əkin sahələrinin yay mövsümü üçün suvarılmasında çətinliklər gözlənilmir

29 iyun 2016 | 16:00

İqtisadiyyatının əsasını aqrar sektor təşkil edən Samuxda bu mövsüm suvarma ilə bağlı çətinliklər olmayacaq. Samux Suvarma Sistemləri İdarəsinin rəsmiləri belə vəd verirlər.
Əkin sahələrini su ilə təmin etmək üçün ötən il Samux rayonunda 11 subartezian quyusu qazılıb. 3 əlavə nasos stansiyası qurulub. Bununla da suabartezian quyularının sayı 500-ə, nasos stansiyalarının sayı isə 25-ə çatdırılıb. Mövsümə hazırlıqla bağlı mövcud su qurğuları təmir edilərək saz vəziyyət gətirilib. Yarana biləcək hər hansı bir nasazlığı dərhal aradan qalırmaq üçün idarənin təchizat bazasında ehtiyat qurğular saxlanılır.
Gülağa Bağırov Samux Suvarma Sistemləri İdarəsinin rəisi: “Əvvəlki illərdən fərqli olaraq bu mövsüm suvarmada çətinlik olmayacaq. Artıq Şəmkirçay su anbarı da işə salınıb. Oradan da su gələcək, üstəlik çaylardan gələn sel suları subartezian quyuları və nasos stansiyalarıda tam işlək vəziyyətdədir. Bu illəri suvarmaya olan tələbat ödəniləcək”.
Bütün bunlarla yanaşı, çaylarda sahil bərkitmə işləri də aparılıb. Sel sularının qarşısını almaq üçün bəndlər çəkilib. Kanallar lildən təmizlənib. Samux rayonunda 23120 hektar əkinə yararlı torpaq sahəsi var. Suvarmaya olan ehtiyacı ödəmək üçün xüsusi qurğularla yanaşı, rayon ərazisindən keçən təbii çaylar və Şəmkir Maşın Kanalının suyundan da istifadə olunur.

Keçidlər