"26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü" münasibəti ilə gənclər Samux rayonunda yerləşən N saylı hərbi hissənin zabit və əsgər heyyəti ilə görüş keçirdi.
Samux Rayon İcra Hakimiyyətinin dəstəyi, Samux Rayon Gənclər və İdman İdarəsi və Samux rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə "26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü" münasibəti ilə gənclər Samux rayonunda yerləşən N saylı hərbi hissənin zabit və əsgər heyyəti ilə görüş keçirdi. Tədbiri giriş sözü ilə açan hərbi hissə komandiri əsgərlərə daim diqqət və qayğı göstərdiyi üçün təşkilatçılara təşəkkür etdi. Daha sonra Samux rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Kamil Vəliyev və Samux rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev öz növbələrində bütün zabit və əsgər heyyətini bu gün münasibəti ilə təbrik etdi.
Samux rayon Mədəniyyət və Turizm Şöbəsi ansabılının müşayəti altında keçən görüşdə rəqs yarışı keçirildi. Qalib əsgərlər Samux rayon Gənclər və İdman İdarəsi tərəfindən gətirilmiş müxtəlif idman ləvazimatları ilə təltif olunmuşlar.