Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Alabaşlı qəsəbəsində səyyari görüşü keçirilmişdir.

28 iyun 2016 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Alabaşlı qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə qəsəbə  sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Alabaşlı    qəsəbə  inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Qütbəddin Ələkbərov qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qəsəbədə  görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Məmmədova Rahilə Sərdar  qızı çıxış edərək  içməli su xəttinin bərpa olunmasını xahiş etdi.
2. Tağıyev  Vidadi Yaqub oğlu öz çıxışında  1 ədəd subartezian quyusunun vurulmasını      xahiş etdi.
3. Məmmədova Müxək Hidayət qızı subartezian nasosunun təmiri    təklifini  irəli sürdü.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev qəsəbə sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi

Keçidlər