Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası tərəfindən görülən işlərə dair tədbir keçirilmişdir.

24 iyun 2016 | 16:00

Tədbir iştirakçıları ilk öncə Samux rayon mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin heykəlinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etdilər. Tədbirdə giriş nitqi ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı, cənab Alı Qocayev bildirdi ki, narkomanlığın   bəşəriyyətin    inkişafına  mane  olan   ən  böyük    bəlalardan  biri    olması  nəzərə  alınaraq, narkomanlığın   yayılmasının    qarşısının  alınması,    narkotik    vasitələrin,    psixotrop    maddələrin  və  onların  prekursorlarının   qanunsuz  dövriyyəsinə  qarşı  mübarizə   müstəqil   dövlətimizin    memarı  ümummilli   liderimiz    H.Əliyevin   siyasi    fəaliyyətində    mühüm  yer  tutmuşdur.   Məhz  bu    sahəyə    olan  diqqətin    nəticəsidir  ki,    26.08.1996-ci    ildə    Ulu  Öndərin     imzası  ilə  Narkomanlığa    və   Narkotik  Vasitələrin    Qanunsuz    Dövriyyəsinə    qarşı  fərman  imzalanmışdır.   Məhz    fərmandan  sonra   bu  istiqamətdə    yeni-yeni   mühüm  sənədlər  qəbul  edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə ümummilli liderimizin ən layiqli davamçısı ölkə prezidenti cənab İ.Əliyev tərəfindən daha yüksək səviyyədə davam etdirilir. Məlumdur ki, aktuallığı nəzərə alınaraq ölkə prezidenti cənab İ.Əliyevin 2013-cü 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə  “Narkotik    vasitələrin,    psixotrop    maddələrin  və  onların  prekursorlarının   qanunsuz  dövriyyəsi və narkomanlığıa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” qəbul edilmiş və müvəffəqiyətlə  davam etdirilir.   
Daha sonra Samux rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Tahir Qarayev çıxış edərək qeyd etdi ki,   rayonda  bu mühüm dövlət sənədindən irəli gələn tədbirlərin icrasını təmin etmək məqsədilə İcra Hakimiyyətində müvafiq Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər Planına müvafiq olaraq  qəbul edilmiş Dövlət Proqramdan irəli gələn tələblərin icrası istiqamətində müvafiq  tədbirlərin görülməsi təmin edilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün İcra Hakimiyyətində etimad telefonu (27-5-19-86)  yaradılmış, aidiyyəti orqanların yaxından iştirakı ilə müvafiq tədbirlərin keçirilməsi təmin edilmişdir.
Narkotik   vasitələrin,   psixotrop    maddələrin  və  onların  prekursorlarının   qanunsuz  dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramının icrası ilə bağlı Samux rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası  tərəfindən 2016-cı  ilin 6 ayı ərzində   hüquq mühafizə orqanlarının və digər aidiyyəti qurumların iştirakı ilə  mühüm tədbirlər, o cümlədən maarifləndirici tədbirlər həyata keçirilmiş və keçirilir.
Komissiyanın xətti ilə aidiyyəti qurumlarla birlikdə davamlı olaraq, o cümlədən 26 iyun-“Narkotiklərlə Mübarizə Günü” ərəfəsində şəhər, qəsəbə və kəndlərdə   söhbətlərin, dəyirmi masaların və digər maarifləndirmə tədbirlərin həyata keçirilməsi   təmin edilir. 
Komissiyanın iş planına uyğun olaraq  Gənclər və İdman İdarəsi mütamadi olaraq nakomaniya ilə mübarizə mövzusunda  müxtəlif tədbirlər keçirilir. 12 fevral 2016- cı il tarixdə Təhsil Şöbəsinin akt zalında “Ümumbəşəri  problem olan narkomaniyaya qarşı birgə mübarizə aparaq” mövzusunda  dəyirmi  masa  keçirilmişdir. Gənclərə səslənərək – Əziz dostlar! İnsanın mənəviyyatını alçaldan, intellektual səviyyəsini heçə endirən pis vərdişlərdən uzaq olun! Gəlin birlikdə tütünə, alkaqollu içkilərə  narkotiklərə “YOX”deyək və gələcəyimizi bu təhlükədən sığortalayaq deyərək fikirlərini bildirmişdir.  İştirakçılar arasında  mövzu ətrafında diskussiya aparılmış, iştirakçıların fikir və  düşüncələri öyrənilmişdir.
“Narkomaniya haqqında  nə bilirik” başlığı altında  iştirakçılar arasında  fikir mübadiləsi  aparılmışdır. İştirakçılara Gənclər və İdman  Nazirliyinin “Sağlam həyat tərzini seç”, “Siqaret fərqli öldürür” mövzusunda  çap edilmiş bukletlər paylanılmışdır.
Bundan əlavə müntəzəm olaraq rayon Təhsil şöbəsinin xətti ilə ayrı-ayrı təhsil ocaqlarında  hüquq-mühafizə, gənclər və səhiyyə işçilərinin iştirakı ilə narkomanlıqla bağlı “Dəyirmi masa”lar təşkil olunmuşdur.
Tədbirlərdə İcra Hakimiyyəti başçısı Aparatının, rayon gəncləri prokurorluğun və polis şöbəsin əməkdaşları, narkotiklərlə mübarizə bölməsinin rəisi, həmçinin ictimaiyyət nümayəndələri və ziyalıların iştirakı təmin olunmuşdur.
Həmçinin, rayonda fəaliyyət göstərən Qeyri-Hökümət Təşkilatlarınınn, təhsil müəssisələrinin və fəal gənclərinin köməyi ilə “ağ ölüm”ün mahiyyətindən bəhs edən bukletlər və video çarxların hazırlanması  nəzərə alınmışdır.
Bu gün  “Ağ  ölüm”    adlanan    narkomanlığın  və  QİÇS-in  gənclər  və məktəblilər   arasında  yayılması    ehtimalı    daha  böyük    olduğundan    bu  istiqamətdə    aparılan    təbliğatın   və  maarifləndirmə  işinin    çox  böyük    əhəmiyyəti   vardır. Yeniyetmə  və  gənclərin    bu  bəşəri    xəstəliklər    haqqında    biliklərini    artırmaq  məqsədi  ilə  ümumtəhsil məktəblərin yuxarı  sinif    şagirdləri  arasında rayon ictimaiyyəti və hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə  “Neqativ    hallara   qarşı    birgə  mübarizə”    və  “Narkomaniya   ilə  mübarizə    hər  birimizin işidir”, “Sağlamlığımızı  birgə qoruyaq”, “QİÇS-in yaranma səbəbləri, fəsadları haqqında  nə bilirik “ mövzusunda iştirakçıların fikirləri öyrənilmiş,    dəyirmi masalar, söhbətlər keçirilmişdir.   Belə  söhbətlər Samux şəhər 3 saylı, İnstitut, Qovlarsarı, Alabaşlı, Qarabağlar, Lək, Ziyadlı, Çobanabdallı, Alıuşağı, Zazalı, Seyidlər, Yenikənd ümumtəhsil məktəblərində təşkil olunmuşdur. 
İİV–insanın immunçatışmazlığıvirusudur. AİDS/QİÇS - Qazanılmış İmmunçatışmazlığı Sindromudur. Qazanılmış İmmunçatışmazlığı Sindromuna müxtəlif yollarla, o cümlədən  xəstənin şprisdən istifadə zamanı yoluxmalar mümkündür. İİV immun sisteminin müəyyən  hüceyrələrini zədələyir.
İİV-infeksiyası ləng gedən infeksiyalarına aiddir. Yoluxma anından, spesifik kliniki əlamətlarin birüzə verilməsinə qədər olan dövr bir neçə il (orta hesabla 6-10 il) davam edə bilər. İİV-lə yaşayan bəzi insanlarda, klinik əlamətlər hətta 20 və daha çox il aşkar olunmur. Xəstəliyin gedişi bir çox amillərdən: orqanizmin ümumi vəziyyatindən, müvafiq olaraq - immun sisteminin vəziyyətindən, həyat tərzindən, zərərli vərdişlərin olub-olmamasından və ümumiyyətlə insanın öz həyatına və diaqnozuna münasibətindən asılıdır.
Maarifləndirici tədbirlərlə yanaşı hüquq-mühafizə orqanlarının yaxından iştirakı ilə narkotik vasitələrin qanunsuz alqı- satqıısı,  saxlanması və əkilməsi ilə bağlı  faktlar aşkar edilərək  cinayət işi qaldırılmış, aşkarlanan narkotik maddələr komissiya tərəfindən məhv edilmişdir. 
Rayon  inzibati  ərazisi üzrə qeydiyyatda  olan 26 nəfər şəxs Gəncə şəhəri rayonlararası narkoloji dispanserdə narkoman diaqnozu  ilə rəsmi qeydiyyatdadırlar. Bu şəxslər daimi nəzarətdə saxlanılmaqla  ətraflarında müvafiq əməliyyat tədbirləri davam etdirilir.
Bəşəri bəla olan “Ağ  ölüm”    adlanan    narkomanlığı qarşı mübarizə hər bir vətəndaşın, ailənin, valideynlərin işidir. Gəlin birlikdə bu bəlaya qarşı mübarizə aparaq və narkomanlığa “YOX” deyək. 
Narkomanlığa   və  Narkotik  Vasitələrin    Qanunsuz    Dövriyyəsinə    Qarşı Mübarizə üzrə      komissiyası   narkomanlığa  qarşı   mübarizəni   daha  da  gücləndirəcək,   hüquq  mühafizə və digər aidiyyəti   orqanlar  ilə   əlaqəli  işi  daha  yüksək  səviyyəyə  qaldıracaqdır.

Keçidlər