YAP Samux Rayon Təşkilatının Qadınlar Şurasının konfransı keçirildi
15 aprel 2013-cü il tarixdə Samux rayon İcra Hakimiyyətinin geniş zalında YAP Samux Rayon Təşkilatının Qadınlar Şurasının Konfransı keçirildi.Konfrans iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoydular.
Konfransı giriş sözü ilə YAP Samux Rayon Təşkilatının sədri G.Bayramov açdı. O, ölkəmizin ictimai-siyasi həyatında qadınların rolundan, Qadınlar Şurasının fəaliyyətindən, onların gördüyü səmərəli işlərdən bəhs etdi. Bildirdi ki, rayonda YAP sıralarına qəbul edilmiş 4250 nəfərindən 2400 nəfəri qadındır ki, bu da partiya üzvlərinin 56.5 % təşkil edir. Natiq ölkə prezidenti İlham Əliyevin Respublikada apardığı abadlıq-quruculuq işlərindən də ətraflı bəhs etdi.
Sonra sözü YAP Samux Rayon Təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Xəlilovaya verdi. Şuranın sədri gündəlikdə: YAP Samux rayon təşkilatının Qadınlar Şurasının hesabatı və təşkilati məsələlərin olmasını Konfrans iştirakçılarının diqqətinə çatdırdı.
Konfransda hesabat məruzəsi ilə çıxış edən Qadınlar Şurasının sədri K.Xəlilova Respublikamızın ən aparıcı sferalarında qadınların çalışmasını və xanımlarımızın ən mühüm işlərdə ölkə prezdentinə yardımçı olduqlarını xüsusi vurğuladı.
Konfransda çıxış edənlər Samux rayon İHBA-da böyük məsləhətçi R.Cəfərova, YAP Samux RT-nın Qadınlar Şurasının üzvü, Əməkdar müəllim G.Namazova, Sərkar orta məktəbinin müəllimi A.Qəhramanova ölkəmizin ictimai-siyasi həyatında son vaxtlar qadınların rolunun daha da artmasından, möhkəmlənməsindən, Mehriban xanım Əliyevanın Azərbaycan qadınlarına nümunə olacaq formada gördüyü işlərdən və həyata keçiridiyi tədbirlərdən danışdılar. Natiqlər rayon qadınlarının ölkəmizin həyatı üçün tale yüklü məsələlərdə də rolunun böyüklüyünü bildirdilər. Belə ki, oktyabrın 15-də Prezident seçkilərində kişilərlə yanaşı qadınların da layiqincə iştirak edəcəklərini tədbir iştirakçılarının nəzərinə çatdırdılar.
Konfransda təşkilati məsələlərə də baxıldı və yekdilliklə Kəmalə Xəlilova YAP Samux RT-nın Qadınlar Şurasının sədri və 9 nəfərdən ibarət yeni İdarə Heyəti seçildi.
Sonda Konfrans iştirakçıları adından Ölkə Prezidenti Cənab İlham Əliyevə müraciət qəbul edildi.