Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Burunqovaq kəndində səyyari görüşü keçirilmişdir.

21 iyun 2016 | 16:00

Samux  Rayon  İcra Hakimiyyətinin  başçısı cənab  Alı Qocayevin rayonun Burunqovaq kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd  sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Burunqovaq kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1.Süleymanova Aqibət Məhəmməd qızı kənddə məktəb binasının tikilməsi təklifini irəli sürdü.
2.Alıyeva Qəndab Məhəmməd qızı meşənin ərazisindən keçən yararsız elektrtik dirəklərinin yenisi ilə əvəz edilməsini xahiş etdi.
3.Məmmədov Veysəl Mahmud oğlu isə 1 km ötürücü sel kanalının çəkilməsi təklifini irəli sürdü.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər