Samux rayon mərkəzindəki küçələrin abadlaşdırılması davam etdirilir.
21 iyun 2016 | 16:00
Respublikanın bütün regionlarında olduğu kimi Samux rayonunda da abadlıq-quruculuq işləri davam etdirilir.
Belə ki, Samux şəhəri Kolayır yaşayış massivindəki şəhidlər küçəsi asfaltlaşdırılmışdır. Küçəyə 1160 metr uzunluğunda və 6 metr enində 735 ton asfalt verilmişdir. Eyni zamanda rayon mərkəzinin yeni yaşayış massivində və bütün küçələrdə yeni işıq dirəkləri basdırılmış, elektrik naqilləri müasir standartlara cavab verən zip kabellərlə əvəz edilmişdir.