Samux Rayon məktəbkərində son zəng tədbirləri keçirilmişdir
Samux rayonu üzrə bütün orta təhsil məktəblərində son zənglə bağlı silsilə tədbirlər keçirilmişdir. Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev rayonun məktəbliləri ilə birgə son zəng tədbirində iştirak etmiş. Görüş zamanı məktəbliləri təbrik edərək ölkədə cənab Prezident İlham Əliyevin təhsil sahəsinə olan diqqət və qayğısından geniş söhbət açmışdır. Belə ki, cənab başçı son dövrdə yeni tikilən və əsaslı təmir olan məktəblərin məhz ölkə başçısı cənab Prezident İlham Əliyevin diqqət və qaygısı nəticəsində ərsəyə gəldiyini qeyd etmişdir.Samux şəhər 2 saylı orta məktəbdəki tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev məzunları təbrik edərək onlara yeni təhsil uğurları, ali məktəblərə qəbul olunmaqlarını arzulamışdır. Daha sonra rayon rəhbərliyi Samux şəhər 2 saylı orta məktəbdə təhsildə fərqlənən müəllimləri və əlaçı şagirdləri “Fəxri diplom” və hədiyyələrlə təltif etmişdir.
Tədbir məzunların təşkil etdiyi bədii hissə ilə davam etmişdir.