Samuxda idarə, müəssisə və təşkilatlar arası “15 iyun-Milli Qurtuluş Günü “ münasibəti ilə keçirilən ümumrayon mini futbol turnirinin final oyunu başa çatdı.
Samuxda idarə, müəssisə və təşkilatlar arası “15 iyun-Milli Qurtuluş Günü “ münasibəti ilə keçirilən ümumrayon mini futbol turnirinin final oyunu başa çatdı. Qeyd edək ki bu turnirdə 8 idarə təşkilat iştirak edirdi.
Yarımfinalda Samux Paylayıcı Elektrik Şəbəkəsinə qalib gəlmiş Samux Qaz Xidməti İdarəsi komandası, Samux Kikboxsinq Klubuna qalib gəlmiş Samux Zirvə Ağır Atletika Klubunun komandası ilə finalda qarşıladı. Hər iki komanda bərabərliyi qoruyub saxlamağa müvəffəq olsalar da artırma dəqiqələrində Samux Zirvə Ağır Atletika Klubunun komandası irəli çıxmışdır. Beləliklə Samux Qaz Xidməti İdarəsi komandası 3 : 4 Samux Zirvə Ağır Atletika Klubunun komandası. Çempionlarımızı təbrik edir, onlara daha da uğurlu nailiyyətlər arzulayırıq.