Şriftin ölçüsü :

Saytın rəngi :

FHN-in Dövlət Sularda Xilasetmə Xidməti və Gəncə Regional Mərkəzi Samux rayonunda birgə müşavirə keçirmişdir 10 iyun 2016 –cı il

10 iyun 2016 | 16:00

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Dövlət Sularda Xilasetmə Xidməti ilə birlikdə 10 iyun 2016-cı il tarixində Samux rayonunda  “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirmişdir.
Müşavirədə Gəncə Regional Mərkəzinin, Dövlət Sularda Xilasetmə Xidmətinin,  Samux rayon İcra Hakimiyyətinin, yerli icra orqanlarının, bələdiyyələrin nümayəndələri, təhsil və səhiyyə idarələrinin rəhbərləri iştirak etmişdir.
Müşavirəni giriş sözü ilə açan Samux RİHB Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rövşən Qurbanov  mövzunun aktuallığından, görülmüş işlərdən bəhs etmişdir.
Keçirilən müşavirədə Kür çayı və göllərdəki vəziyyət, suyun gigiyenik normalara uyğunluğu, məişət tullantılarının daşınması ilə bağlı mövcud olan problemlər, eləcə də əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi üçün görüləcək işlər müzakirə olunmuşdur.
Müşavirədə Samux rayonu ərazisindəki su hövzələrində keçirilən monitorinqin nəticələri və mövcud olan vəziyyət barədə tədbir iştirakçıları məlumatlandırılmış, mövcud problemlər təhlil olunmuşdur.
Daha sonra çıxış edən natiqlər “Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyət istiqamətləri, yay mövsümündə sularda vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları”, “Yay mövsümü ərzində əhalinin təhlükəsizliyinin təşkili məqsədilə su hövzələrində görülən işlər”, “Suda boğulanlara tibbi yardımın göstərilməsi”, “Su hövzələrində maarifləndirmə işinin vəziyyəti”  mövzularında ətraflı məlumatlar vermişlər.
Müşavirədə Samux rayon Mərkəzi xəstəxanasının həkimi Rəfael Əsədov suda boğulanlara ilkin yardımın göstərilməsi qaydalarını əyani olaraq izah etmişdir.
Sonda su hövzələrində təhlükəsizlik qaydaları ilə bağlı videoçarx nümayiş etdirilmiş, təbliğat materialları təqdim edilmişdir.

Keçidlər