Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Əlibayramlı kəndində səyyari görüşü keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Əlibayramlı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Əlibayramlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. İmanov Xəqani Bəhlul oğlu kənddə 1 ədəd subartezian quyusunun qazılmasını xahiş etdi.
2. Qocayev Malik Məmmədəli oğlu qış otlaq sahəsinə gedən elektrik xəttinin əhaliyə verilən elektrik xəttindən ayrılması təklifini irəli sürdü.
3. Məmmədov Fazil Səlim oğlu isə yararsız elektrik dirəklərini yenisi ilə əvəz edilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.