Samux rayon İcra Hakimiyyəti başçısının İnstitut qəsəbəsində səyyari görüşü keçirilmişdir.
30 mart 2013 | 16:00
29 mart 2013-ci il tarixdə Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin İnstitut qəsəbəsində qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə qəsəbə sakinləri tərəfindən 3 təklif və rəy irəli sürüldü ki, bunlardan da 1 təklif yerindəcə həll edildi. Digər rəy və təkliflərə baxılması üçün cənab başçı tərəfindən aidiyyəti orqanlara yerindəcə müvafiq tapşırıqlar verildi.