Samux Rayon Heydər Əliyev Mərkəzində Samux şəhər 1 saylı Uşaq Baxçasının Vətənpərvərlik mövzusuna həsr olunmuş “Əlvida Doğma Baxça”adlı tədbiri keçirildi
Samux Rayon Heydər Əliyev Mərkəzində Samux şəhər 1 saylı Uşaq Baxçasını Vətənpərvərlik mövzusuna həsr olunmuş “Əlvida Doğma Baxça”adlı tədbiri keçirildi.
Tədbirdə Samux rayon Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə, 1 saylı Uşaq Baxçasının Direktoru Ağca Atai, Gəncə Dövlət Universitetinin dosenti Ziyafət Bayramova, müəllimlər, valideynlər iştirak edirdi.
Tədbir milli və hərbi geyimli uşaqların dövlət himnimizi oxumaları ilə start götürdü.
Giriş sözü ilə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə Ulu Öndərimiz Heydər Əliyevin uşaqlar haqqında dediyi dəyərli kəlamları ilə “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir.” Başlayaraq uşaq baxçasının kollektivinə və balaca fidanlara uğurlar arzuladı.
Sonra Uşaq müdiri Ağca Atai bildirdi ki, baxçada hər il uşaqların buraxılış günü keçirilir, ancaq bu dəfə Ulu Öndərin adını daşıyan mərkəzdə keçirmək qərarına gəldik, tədbirimizdə uşaq baxçasının kollektivi, rəsmi qonaqlar,uşaqlar, onların valideynləri və yaxınları iştirak edir. Uşaqlar buraxılış gününə tərbiyəçilərinin köməyi ilə xüsusi hazırlaşıblar. Bu gün yola saldığımız uşaqlar illər öncə baxçamızın qapısını açanda söz deməyə belə çəkinsələr də, indi onlar sərbəst danışır, rəqs edir, şeir söyləyir, mahnı oxuyur və digər bədii fəaliyyətlə məşğul olurlar. Ayrılıq həmişə kədər doğurur. Amma həm də sevinirik ki, bu gül balalar sabah əllərinə çanta alıb məktəbə gedəcək, pillə-pillə təhsildə irəliləyəcək, gələcəyin layiqli elm, incəsənət adamları olacaq, vətənə xeyir verəcəklər. Baxçamızın əvvəlki illərdəki məzunlarının çoxu bu gün onlara bəslənilən etimadı doğrultmaqdadırlar. Bu gün tədbirimizdə uşaqlarımız daha çox milli və vətənhərvər ruhda cıxışlar hazırlayıblar. Məqsədimiz uşaqlarımızı vətənə sevgi ruhunda böyütmək və cəmiyyətə təqdim etməkdir.
Qonaq qismində çıxış edən Ziyafət Bayramova da uşaqları məktəbə getmələri münasibətilə ürəkdən təbrik edib, onlara gələcək həyat yollarında böyük uğurlar arzuladı.
Daha sonra valideynlər də çıxış edərək balalarının əziyyətini çəkmiş, onların yetişməsində rolu olan baxça kollektivinə bütün valideynlər adından minnətdarlıqlarını bildirdilər.
Sonra səhnə azyaşlılara verildi. Əsasən vətənpərvərlik ruhunda hazırlanmış balacaların ifasında müxtəlif səhnələşdirilmiş nömrələr, rəqs və mahnılar alqışlarla qarşılandı. Mərasimin ən kövrək anı isə uşaqlarla vidalaşma oldu.