Samux rayonunda “5 iyun - Meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı günü” qeyd edildi.
Samux Rayon Suvarma sistemləri idarəsinin kollektivi ilə görüşən Samux Rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev çıxış edərək “5 iyun - Meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı günü” münasibəti ilə onları təbrik etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 may 2014-cü il tarixli Sərəncamı ilə iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi təsis edilmişdir. Ulu öndər Heydər Əliyevin ölkədə meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi qayğı hazırda onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.
Daha sonra Samux Rayon Suvarma Sistemləri idarəsinin rəisi çıxış edərək bildirdi ki, Azərbaycanda meliorasiya təsərrüfatının əsaslı inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Əkin dövriyyəsi genişlənib, məhsuldarlıq yüksəlib, sahəyə xidmət edən qurumlarla işgüzar, səmərəli əlaqələr formalaşıb. Bu baxımdan idarənin işçilərinin əkinçilərə göstərdikləri köməyin əhəmiyyəti və miqyası ildən-ilə artmağa başlayıb. Bu günün təsis edilməsi də məhsul bolluğu yaratmaq kimi müqəddəs və şərəfli işlərində onların əməyinə verilən yüksək qiymət kimi dəyərləndirirlər.
Tədbirin sonunda işində fərqlənən meliorasiya və su təsərrüfatı işçilərinə fəxri fərmanlar verilmişdir.