Şriftin ölçüsü :

Saytın rəngi :

28 May Respublika Gününə həsr olunmuş Şahmat Turniri

31 may 2016 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Gənclə və İdman İdarəsinin təşkil etdiyi  25-31 may 2016-cı il tarixlərində Samux rayon Uşaq -Gənclər Şahmat Məktəbində 28 May "Respublika günü"nə həsr olunmuş şahmat turniri keçirilmişdir.
Turnir İsveçrə sistemi ilə 9 turdan ibarət A,B,C qruplarında aparılmışdır. Turnirdə 100.dən çox şahmatçı öz gücünü sınamışdır. Turnirdə Samux şəhər şagirdləri ilə bərabər 10.dan artıq kənd məktəblərinin şagirdləri də iştirak etmişlər.
Bütün turlar chess-results.com internet portalında yayımlanmışdır.
Qaliblər diplom,medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
A qrupu
Abdullayev Fuad Zahid oğlu - I yer;
Abdullayev Süleyman Zahid oğlu - II yer;
İmamquliyev Rabil Rövşən oğlu - III yer.
B qrupu
İbadi Sahil  Səfər oğlu - I yer;
Əsgəri İlkin  Vüqar oğlu- II yer;
Rüstəmov Rüstəm Əziz oğlu.
C qrupu
Hüseynov Sərxan  İlqar oğlu - I yer;
Yusifov Ramil Azər oğlu- II yer;
İsmayılova Məsmə Habil qızı  isə- III yeri tutmuşdur.

Keçidlər