1 İYUN Uşaqlarin Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Samux Rayon İcra Hakimiyyəti tərəfindən Heydər Parkında bayram şənliyi keçirilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı cənab Alı Qocayev çıxış edərək bildirdi ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını daima diqqətdə saxalayırdı. Ölkəmizdə uşaqlara qayğı ildən-ilə artır. Bu, Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biridir. Ulu öndərin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu böyük rəhbərin bu sevgisini, humanist ideyalarını da layiqincə həyata keçirir.Azərbaycanda uşaqlara qayğı və dəstək hər zaman olduğu kimi bu gündə davam olunur. Cənab başçının çıxışından sonra bayram şənliyi rayon uşaq bağçalarının hazırladıqları rəqslər və səhnəciklərlə davam etmişdir.