Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Hacıalılı kəndində səyyari görüşü keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Hacıalılı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Hacıalılı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Abbasov Nizami Əsəd oğlu bir ədəd subartezian quyusunun vurulması təklifini irəli sürdü.
2. Səlmanov Mətləb Ərşad oğlu Hacıalılı-Çobanabdallı kəndlərinin birgə istifadəsində olan subartezian suyunun istifadəçilərə növbəlilik əsasında verlməsini xahiş etdi
3. Əliyev Rizvan İsmayıl oğlu isə çıxışında yararsız elektrik naqillərinin və qəzalı dayaqların dəyişdirilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.