Samux rayonunda “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda tədbir keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama müvafiq olaraq, 27 may 2016- cı il tarixində Samux rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin və Samux şəhər Müsəlmanları Dini İcmasının birgə təşkilatcılığı ilə “Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizdən istifadə” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda növbəti tədbir Samux şəhər 3 saylı tam orta məktəbin akt zalında keçiridi.
Tədbirdə Samux rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elnaz Cəfərova, şöbənin Baş məsləhətçisi Azər Əhmədov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Asif Əliyev, şöbənin məsul işçisi Rövşən Hacıyev , Samux şəhər Müsəlmanları Dini İcmasının sədri, rayon axundu İlham Məmmədov, Samux şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elşad Qasımov, məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri, şəhər ictimaiyyətinin nümayəndələri, gənclər və dindarlar iştirak edirdi.
Samux rayon İHB-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elnaz Cəfərova tədbiri açaraq qeyd etdi ki, xalqın mövcudluğunun əsas göstəricisi olan milli - mənəvi dəyərlər, onun ən qiymətli sərvətidir. Ulu öndər Heydər Əliyev milli - mənəvi dəyərlərimiz haqqında belə demişdir , mill-mənəvi dəyərlər və Azərbaycanlılıq bu sözlər hər bir Azərbaycanlı üçün doğma , əziz və müqəddəsdir. Bu həm də milli ruhun , milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsipləri əsasında formalaşması deməkdir. Xalqımız , millətimiz keçmişin bütün buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli - mənəvi dəyərlərin , milli özünü dərkin formalaşmasına yeni zəmin yarandı. Bununla bərabər həmin dövrlərdə bir sıra radikal ünsürlərin də ölkəmizə ayaq açmasına şərait yaranmışdır. Lakin hazırda dövlətimiz tərəfindən bu çür hallara qarşı ciddi mübarizə aparılır. Bu gün gənclərimizi dini və mənəvi əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti bütün cəmiyyətin üzərinə düşür. Radikalizmə qarşı mübarizədə hər bir azərbaycan vətəndaşı , xüsusilə də ziyalılar və dindarlar fəallıq göstərməlidir.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Asif Əliyev layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirdi.
Tədbirdə çıxış edən Samux şəhər Müsəlmanları Dini İcmasının sədri, rayon axundu İlham Məmmədov dini maarifləndirmə sahəsində həyata keçirilən bu cür tədbirlərin müsbət nəticələrini xüsusi qeyd etdi.
Samux rayon İHB – nın İctimai –siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Azər Əhmədov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin məsul işçisi Rövşən Hacıyev, XI sinif şagirdi Aygün Cabbarova, məkəbin müəllimi Namiq Salmanov tədbirdə çıxış edərək, gənclərimizi milli - mənəvi dəyərlərimizi qoruyub saxlamaq ruhunda tərbiyələndirilməsində, onların radikalizmə qarşı mübarizəyə istiqamətlənməsində rayon ziyalılarının də üzərinə böyük işlər düşdüyünü bildirdilər.
Tədbiririn sonunda iştirakçıları maraqlandıran suallara cavab verildi.