Samux rayonunda 28 May - Respublika Gününə həsr edilmiş tədbir keçirildi
27 May 2016-cı il tarixdə Samux rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr edilmiş tədbir keçirildi.
Tədbirdə Samux rayon İcra Hakimiyyətinin Baçşısı Alı Qocayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, müsəlman Şərqində ilk demokratik respublikanın 23 aydan sonra süquta uğramasının səbəblərindən danışdı. Natiq Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan Dövlətinin yaranmasında, möhkəmlənməsində və dünyaya tanınmasında ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərini vurğuladı.
Tədbirdə çıxış edən YAP Samux rayon Təşkilatının sədri Gündüz Bayramov Ümummilli lider Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini və ölkəmizin dinamik inkişaf etdiyini söylədi.O, Azərbaycanın daha parlaq sabahına böyük inamını ifadə etdi.
Samux rayon Məhkəməsinin sədri Nizami Hümbətov çıxış edərək vurğuladı ki, xoşbəxt o xalqdır ki, onun Ümummilli lideri var. Xalq o zaman xoşbəxt olur ki, həmin siyasi kurs uğurla davam etdirilir. Bu baxımdan Azərbaycan xalqı həqiqətən xoşbəxtdir. Ümummilli liderin siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirilir.
Sonra tədbirdə Alabaşlı qəsəbə tam orta Məktəbinin direktoru Mafizər Məmmədova, Qarayeri 1 saylı məktəbin müəlliməsi Günay İsmayılova, Qarayeri 2 saylı məktəbin müəlliməsi Nurlana Kazımova da cıxış etdilər.
Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar keçirilən yarışlarda qalib gələn şagirdlərə və komandalara Samux rayon İcra Hakimiyyətinin Baçşısı Alı Qocayev tərəfindən qiymətli hədiyyələr verildi.