Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart -Azərbaycanlıların Soyqırımı günüdür.

31 mart 2013 | 16:00

Xalqımızın və torpaqlarımızın tarixi ilə bağlı öyrəniləsi, dərindən araşdırılası, üzərinə təkrar-təkrar qayıdılası səhifələri çoxdur. Məhz bu baxımdan ümummilli liderimiz  H.Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə Azərbaycan Respublikasında 31 mart hər il Azərbaycanlıların Soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir. 
Azərbaycanlılara qarşı  müntəzəm olaraq yeridilən bədnam soyqırımı siyasətinin yüz illərlə ölçülən uzun tarixi vardır. XIX əsrin əvvəllərindən başlayaraq, ardıcıl olaraq tarixi Azərbaycan torpaqlarında ermənilər kütləvi şəkildə məskunlaşdırılmağa başlamış, Qafqazın cənubunda Ermənistan dövlətinin yaradılması, azərbaycanlıların öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulması, onların departasiya prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir.
Soyqırımı Azərbaycan xalqına böyük siyasi, maddi və mənəvi zərbələr vurmuşdur.
Bütövlükdə  XX əsr ərzində 2 milyona yaxın azərbaycanlı departasiya və soyqırımı siyasətinin ağır nəticələrini öz üzərində hiss etmişdir.  Ən müxtəlif üsul və vasitələrdən istifadə edən erməni şovinistləri dünya ictimai fikrini çaşdırır, Azərbaycanın və bütün Qafqazın tarixini saxtalaşdırır, azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kompaniyası aparır, dünya ictimaiyyətinin  nəzərində «əzabkeş, məzlum erməni xalqı» obrazı yaradılır.
Öz   müstəqilliyinə  qədəm qoyan Azərbaycan xalqı bütün dünyada qəbul edilmiş, qayda-qanunlara, sülh və əmin-amanlıq şəraitində yaşamaq, yaradıcı fəaliyyətlə məşğul olmaq istəyir.
Bu gün dövlətimiz  və xalqımız qarşısında azərbaycanlılara qarşı əsrlər boyu aparılan soyqırımı siyasəti haqqında həqiqətləri bütün dünyaya yaymaq, beynəlxalq ictimai fikirdə ədalətin bərqərar olmasına nail olmaq, soyqırımı siyasətinin ağır nəticələrini aradan qaldırmaq və bir daha təkrar olunmaması üçün ciddi tədbirlər görmək vəzifəsi durur.
İnanırıq  ki,  bu  gün  Ulu  öndərimizin   yolunu  layiqincə  davam  möhtərəm  Prezidentimiz  cənab  İ. Əliyevin müdrik siyasəti ilə      ölkəmizin ərazi bütövlüyü təmin olunacaqdır.
Bir daha soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edir, onların ruhu qarşısında baş  əyirik.

Keçidlər