Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “ Radikalizmin fəsadları ” mövzusunda tədbir keçirildi.

16 may 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama müvafiq olaraq,  13 may 2016- cı il tarixində  Samux rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin və Samux şəhər Müsəlmanları  Dini İcmasının birgə təşkilatcılığı ilə  “Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizdən istifadə” layihəsi çərçivəsində “ Radikalizmin fəsadları ”  mövzusunda növbəti   tədbir Samux rayon Ziyadlı  kənd tam orta məktəbində keçirilmişdir.
Samux rayon Ziyadlı kənd tam orta məktəbində təşkil edilmiş tədbirdə Samux  rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elnaz Cəfərova, şöbənin Baş məsləhətçisi Azər Əhmədov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Asif Əliyev, şöbənin məsul işçisi Rövşən Hacıyev , Samux şəhər Müsəlmanları  Dini İcmasının sədri, rayon axundu İlham Məmmədov, Samux rayon Ziyadlı kənd üzrə İƏD nümayəndəsi Kəpəz Qənbərov, Lək bələdiyəsinin sədri Orxan Əliyev, Qarabağ Əlillər Cəmiyyətinin sədri Mirzəmməd Orucov, məktəbin  müəllim kollektivi və yuxarı sinif şagirdləri, Ziyadlı kənd  ictimaiyyətinin nümayəndələri, gənclər və dindarlar iştirak edirdi.
Samux rayon İHB-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elnaz Cəfərova tədbiri açaraq qeyd etdi ki, xalqın mövcudluğunun əsas göstəricisi olan milli - mənəvi dəyərlər, onun ən qiymətli sərvətidir.  Bu milli-mənəvi dəyərlər, tariximiz, dinimiz, dilimiz, adət ənənələrimiz, mədəniyyətimiz , ədəbiyyat və incəsənətimizdir.  Ulu öndər, Heydər Əliyev milli - mənəvi dəyərlərimiz haqqında belə demişdir , milli –mənəvi dəyərlər və Azərbaycanlılıq – bu sözlər hər bir Azərbaycanlı üçün doğma , əziz və müqəddəsdir.  Bu həm də milli ruhun , milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsipləri əsasında formalaşması deməkdir.  Xalqımız , millətimiz keçmişin bütün buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli - mənəvi dəyərlərin , milli özünü dərkin formalaşmasına yeni zəmin yarandı.  Bununla bərabər həmin dövrlərdə  bir sıra radikal ünsürlərin də ölkəmizə ayaq açmasına şərait yaranmışdır.  Lakin hazırda dövlətimiz tərəfindən bu çür hallara qarşı ciddi mübarizə aparılır.  Bu gün gənclərimizi dini və mənəvi əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti bütün cəmiyyətin üzərinə düşür.  Radikalizmə qarşı mübarizədə hər bir azərbaycan vətəndaşı , xüsusilə də ziyalılar və dindarlar fəallıq göstərməlidir.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Asif Əliyev layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirdi.
Tədbirdə çıxış edən Samux şəhər Müsəlmanları  Dini İcmasının sədri, rayon axundu İlham Məmmədov dini maarifləndirmə sahəsində həyata keçirilən bu cür tədbirlərin  müsbət nəticələrini   xüsusi qeyd etdi.
Samux rayon İHB – nın İctimai –siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Azər Əhmədov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin məsul işçisi Rövşən Hacıyev və  Qarabağ Əlillər Cəmiyyətinin sədri Mirzəmməd Orucov tədbirdə çıxış edərək, gənclərimizi milli - mənəvi dəyərlərimizi qoruyub saxlamaq ruhunda tərbiyələndirilməsində, onların  radikalizmə qarşı mübarizəyə istiqamətlənməsində   rayon ziyalılarının də üzərinə böyük işlər düşdüyünü bildirdilər.
Tədbiririn sonunda iştirakçıları maraqlandıran suallara cavab verildi.

Keçidlər