Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Alabaşlı qəsəbəsində əsaslı təmirdən sonra 1 saylı körpələr evi-uşaq bağçasının açılışı olmuşdur.

11 may 2016 | 16:00

Samux Rayon Alabaşlı qəsəbəsində əsaslı təmirdən sonra 80 uşaqyerlik 1 saylı körpələr evi-uşaq  bağçasının açılışı olmuşdur.  Bağça müdiri Nərgiz Məmmədova tədbiri giriş sözü il açaraq balacaların zövqünə uyğun olaraq bütün zəruri avadanlıqlarla, o cümlədən oyuncaqlarla təchiz edilmiş bu müasir, gözəl uşaq bağçasının  uşaqların daha yaxşı  inkişafına, hərtərəfli və sağlam böyümələrinə lazımi şərait yaradacağını qeyd etdi.
Açılış mərasimində  çıxış edən Samux  Rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev ilk öncə əsaslı təmirdən sonra həm gözəlliyi, həm də müasir tələblərə cavab verən  uşaq bağçasının açılışı münasibəti ilə rayon ictimaiyyətini təbrik etdi.  Rayon rəhbəri bildirdi ki, sizlərə də bəlli olduğu kimi, Azərbaycan son dövrlər qazandığı uğurlarla, gördüyü işlərlə öz sözünü dünyada  deyən güclü bir dövlətdir. Azərbaycanın Ulu Öndər Heydər Əliyev tərəfindən uğurla əsası qoyulan  inkişaf strategiyası cənab Prezidentimiz  İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycanın inkişafı  təkcə beynəlxalq arenada deyil, regionlarda aparılan yenidənqurmalarla özünü bürizə verir. Bildirdi ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Samux  rayonunda da inkişaf yüksək səviyyədə gedir. Daha sonra rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev  qeyd etdi ki, Prezident İlham Əliyev cənablarının gərgin və fədakar əməyi sayəsində ölkəmizdə bütün sahələrdə sürətlə gedən inkişaf təhsil sahəsində uğurla davam etdirilir. Uşaqların keyfiyyətli təhsil alması və hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Uşaqların mənalı istirahətinin təşkilinə, onların dünyagörüşünün və hazırlıq səviyyələrinin artırılmasına xidmət göstərəcək  bugün əsaslı təmirdən sonra açılışını etdiyimiz körpələr evi-uşaq  bağçası dövlət rəhbərinin diqqət və qayğısının bariz nümunəsidir.
Valideyin kimi söz alaraq çıxış edən Əhmədova Gülarə qəsəbə uşaqları üçün yaradılmış gözəl şəraitə, diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirdi.
Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları  körpələr evi-uşaq  bağçasında yaradılmış şəraitlə yaxından tanış oldular.

Keçidlər