Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Qarayeri qəsəbəsində səyyari görüşü keçirilmişdir.

10 may 2016 | 16:00

Samux  Rayon  İcra Hakimiyyətinin  başçısı cənab  Alı Qocayevin rayonun Qarayeri qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə qəsəbə  sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qarayeri inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qəsəbədə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra qəsəbə sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1.  Məmmədova Mahirə Əmir qızı Qəsəbə istirahət parkının cari təmirininin  təklifini irəli sürdü.
2.  Mahmudova Bəsdi Novruz qızı 1 saylı məktəb binasının cari təmirini və əlavə korpusun tikilməsini xahiş etdi.
3. Talıbov Zaman Abdulla oğlu isə çox yaşayış binalarının təmir olunmasını xahiş etdi.                              
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verd

Keçidlər