Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin Başçısı vətəndaşların növbəti fərdi qaydada qəbulunu keçirdi

05 may 2016 | 16:00

Samux  Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayevin  başçılığı ilə vətəndaşların növbəti fərdi qaydada qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Vətəndaşların qəbulu saat 10:00-da başlamış, qəbula yazılmış 9 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. Onlardan 1 nəfər subartezianın vurulması ilə bağlı, 1 nəfər daimi qeydiyyata düşməsi ilə əlaqəli,1 nəfər işlə təmin olunması üçün, 1 nəfər sosial yardımla əlaqəli, 1 nəfər maye qazın verilməsi ilə bağlı, 1 nəfər təbii fəlakət nəticəsində evinə dəyən ziyana görə köməklik göstərilməsi ilə bağlı  və 3 nəfər isə torpaqla əlaqəli  müraciət etmişdirlər. Dinlənilmiş müraciətlərin  və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər