Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Əhmədbəyli kəndində səyyari görüşü keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Əhmədbəyli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Bayramov Teyyub İbrahim oğlu Gödək dəhnə adlanan Gəncə çayından ayrılan su dəhnəsinin bərpasını xahiş etdi.
2. Məmmədov İsryıl Nəsrəddin oğlu yararsız elektrik sayğacının yenisi ilə əvəz edilməsi təklifini irəli sürdü.
3. Mayılov Nəvayib İsax oğlu isə əhali tərəfindən ödənilən telefon pulunun poçt vasitəsi ilə ödənilməsinə köməklik edilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi