YAP Samux rayon təşkilatında “Ulu Öndər Heydər Əliyev və gender siyasəti” mövzusunda dəyirmi masa keçirildi.
3 May 2016-cı il tarixdə YAP Samux rayon təşkilatında “Ulu öndər Heydər Əliyev və gender siyasəti” mövzusunda dəyirmi masa keçirildi. Ümummilli Liderin xatirəsinə həsr olunan tədbirlər proqramına əsasən keçirilən görüşdə rayonda müxtəlif sahələr üzrə məsul vəzifələrdə çalışan fəal YAP üzvü olan qadınlar iştirak edirdilər.
Tədbiri giriş sözü ilə YAP Samux rayon təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Xəlilova açaraq, Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə insan hüquqlarının müdafiəsi, xüsusən də gender bərabərliyinin qorunması sahəsində görülən işlərdən, Heydər Əliyevin bu məsələyə şəxsən xüsusi diqqət göstərməsindən danışdı. O bildirdi ki, məhz xalqın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə qadınların hüquq bərabərliyi istiqamətində məqsədyönlü işlər aparılmış və azərbaycan qadınına əks cinsin nümayəndələri ilə eyni hüquqların tanınması təmin edilmişdir.
Tədbir digər iştirakçıların çıxışları ilə davam etdirildi.
YAP Samux rayon təşkilatı Qadınlar Şurasının üzvü Əminə Cəfərova Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra, ölkədə həyata keçirilən gender siyasəti və onun uğurlu nəticələri haqqında ətraflı məlumat verərək qeyd etdi ki, şəxsən Heydər Əliyevin təşəbbüsü ilə gender məsələsi dövlətin diqqət mərkəzində saxlanılmış, onun həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Nəticədə cəmiyyətdə qısa müddətdə gender zorakılığı hallarının qarşısının alınmasına nail olunmuş, kişilərlə yanaşı qadınlar üçün də bərabər hüquqlar təmin edilmiş, qadınların işdə irəli çəkilməsinə, rəhbər vəzifələrdə təmsil olunmaq imkanlarının genişləndirilməsinə başlanmışdır.
Tədbirdə Pərvanə Kazımova, Şəhla Abdullayeva, Mahirə Məmmədova və digərləri Ulu Öndərlə bağlı xatirələrdən, Heydər Əliyevin zərif cinsin nümayəndələrinə qarşı olan həssas diqqət və qayğısından,onun bu xüsusiyyətinin dövlət idarəçiliyində təcəssümündən danışdılar. Onlar vurğuladılarki,Ulu Öndər məhz bu ali və qayğıkeş xüsusiyyətlərinə görə Azərbaycan qadınının rəğbətini qazanmışdır.
Tədbiri K.Xəlilova yekunlaşdıraraq iştirakçıları bu gün Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırdı.