ŞƏHİD VƏ QARABAĞ ƏLİLİ AİLƏLƏRİNƏ YENİ MƏNZİLLƏRİN VERİLMƏSİ
Möhtərəm prezidentimizin cənab İlham Əliyevin diqqət və qayğısı ilə şəhid ailələri və Qarabağ əlilləri əhatə olunmuşdur. Məhz bunun nəticəsidir ki, xalqımızın əziz bayramı olan Novruz bayramı ərəfəsində yəni 18.03.2013-cü il tarixində 36 şəhid və Qarabağ əlili ailəsinə yeni mənzillərin açarı verilmişdir. Mənzillər normal şəraitdə olmaqla qaz, elektrik və su xətləri ilə təmin olunmuşdur. Bununla bağlı keçirilən tədbirlərdə Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev yeni mənzil alanları təbrik edərək onlara yeni mənzillərində xoşbəxt günlər arzuladı. Sonra İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin adından mənzil sahiblərinə hədiyyələr verildi.