Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Yuxarı Ağasıbəyli kəndində səyyari görüşü keçirilmişdir.

26 aprel 2016 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Yuxarı Ağasıbəyli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd  sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Ağasıbəyli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə  görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1.  Alıyeva Südabə Əziz qızı İçməli su xəttinin çəkilişinin başa çatdırılmasını xahiş etdi.
2. Zeynalov Valeh Zeynal oğlu kəndin küçələrinə qum-çınqıl verilib hamarlanması təklifini irəli sürdü.
3.Məmmədova Tünzalə Mahmud qızı 6 ədəd yararsız işıq dirəyinin yenisi ilə əvəz olunmasını xahiş etdi                                                                                                                                                
4. Əhmədov Kərəm İmamverdi oğlu isə kəndə 1 ədəd subartezian quyusunun vurulmasını xahiş etdi.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev qəsəbə sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi

Keçidlər