Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında mini-futbol turniri keçirilir.

27 aprel 2016 | 16:00

Samux rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı silsilə tədbirlər aprelin 27-də davam etmişdir. YAP Samux Rayon Təşkilatı, Təhsil şöbəsi və Gənclər İdman İdarəsinin birgə təşkil etdikləri ümumtəhsil məktəblərinin arasında mini-futbol turniri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan YAP Samux Rayon Təşkilatının sədri Gündüz Bayramov Ulu Öndər H.Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən ətraflı bəhs etmişdir. Ümummilli lider H.Əliyevin “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indiki gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” təzisini xüsusi vurğulyaraq dahi şəxsiyyətin seçdiyi yolun Azərbaycana qazandırdığı uğurları tədbir iştirakçılrının nəzərinə çatdırdı və mini-futbol yarışı iştirakçılarına uğurlar arzuladı.
Mini-futbol turniri hər məktəbin komandasında beş nəfər olmaqla 20 məktəbin şagirdləri iştirak edir. Yarışlar mayın 6-na kimi davam etdiriləcıkdir.Final görüşündə qalib gələn komandalara Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunacaqdır.

Keçidlər