Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini radikalizmə qarşı mübarizə yolları və milli mənəvi dəyərlərimizin qorunması” mövzusunda növbəti tədbir Samux rayon Təhsil şöbəsində keçirildi

27 aprel 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama müvafiq olaraq, 26 aprel 2016- cı il tarixində  Samux rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin və Samux şəhər Müsəlmanları  Dini İcmasının birgə təşkilatcılığı ilə  “Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizdən istifadə” layihəsi çərçivəsində “Dini radikalizmə qarşı mübarizə yolları və milli mənəvi dəyərlərimizin qorunması” mövzusunda növbəti   tədbir Samux şəhərində   keçirilmişdir.
Samux rayon Təhsil şöbəsinin konfrans zalında  təşkil edilmiş tədbirdə Samux  rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elnaz Cəfərova, şöbənin Baş məsləhətçisi Azər Əhmədov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, şöbənin məsul işçisi Şahmar Verdiyev, Samux şəhər Müsəlmanları  Dini İcmasının sədri, rayon axundu İlham Məmmədov, Samux rayon Gənclər İdman İdarəsinin rəisi Rəşad Qarayev , Samux rayon  Ağsaqqallar Şurasının sədri Həmzə Həmzəyev,Samux şəhər 1 saylı və 2 saylı məktəblərin müəllim kollektivi və yuxarı sinif şagirdləri, Samux şəhər  ictimaiyyətinin nümayəndələri, gənclər və dindarlar iştirak edirdi.
Samux rayon İHB-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elnaz Cəfərova tədbiri açaraq qeyd etdi ki, xalqın mövcudluğunun əsas göstəricisi olan milli - mənəvi dəyərlər, onun ən qiymətli sərvətidir. Bu milli-mənəvi dəyərlər, tariximiz, dinimiz, dilimiz, adət ənənələrimiz, mədəniyyətimiz , ədəbiyyat və incəsənətimizdir. Ulu öndər, Heydər Əliyev milli - mənəvi dəyərlərimiz haqqında belə demişdir , milli –mənəvi dəyərlər və Azərbaycanlılıq – bu sözlər hər bir Azərbaycanlı üçün doğma , əziz və müqəddəsdir. Bu həm də milli ruhun , milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsipləri əsasında formalaşması deməkdir. Xalqımız , millətimiz keçmişin bütün buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli - mənəvi dəyərlərin , milli özünü dərkin formalaşmasına yeni zəmin yarandı. Bununla bərabər həmin dövrlərdə  bir sıra radikal ünsürlərin də ölkəmizə ayaq açmasına şərait yaranmışdır. Lakin hazırda dövlətimiz tərəfindən bu çür hallara qarşı ciddi mübarizə aparılır. Bu gün gənclərimizi dini və mənəvi əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti bütün cəmiyyətin üzərinə düşür. Radikalizmə qarşı mübarizədə hər bir azərbaycan vətəndaşı , xüsusilə də ziyalılar və dindarlar fəallıq göstərməlidir.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirdi.
Tədbirdə çıxış edən Samux şəhər Müsəlmanları  Dini İcmasının sədri, rayon axundu İlham Məmmədov dini maarifləndirmə sahəsində həyata keçirilən bu cür tədbirlərin  müsbət nəticələrini   xüsusi qeyd etdi.
Samux rayon İHB – nın İctimai –siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Azər Əhmədov, Samux rayon Gənclər İdman İdarəsinin rəisi Rəşad Qarayev , Samux rayon  Ağsaqqallar Şurasının sədri Həmzə Həmzəyev  tədbirdə çıxış edərək, gənclərimizi milli - mənəvi dəyərlərimizi qoruyub saxlamaq ruhunda tərbiyələndirilməsində, onların  radikalizmə qarşı mübarizəyə istiqamətlənməsində   rayon ziyalılarının də üzərinə böyük işlər düşdüyünü bildirdilər.
Tədbiririn sonunda iştirakçıları maraqlandıran suallara cavab verildi.

Keçidlər