Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxun Hacallı kəndində “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir reallaşıb

25 aprel 2016 | 16:00

Samuxda narkomaniyaya qarşı maarifləndirmə aparılıb. Hüquq mühafizə orqanı əməkdaşları ilə yeniyetmə və gənclərin “Narkomaniyaya yox deyək!“ mövzusunda növbəti görüşü Hacallı kəndində reallaşıb. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərindən danışılıb. Narkotik maddələr insan sağlamlığına bərpaedilməz ziyan vurur, fiziki qüvvələri tükəndirir. Narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Odur ki, bu cür vərdişlərə meyl edən şəxslər təkcə öz həyatlarını deyil, bir və ya bir neçə nəslin həyatını puç edirlər.
Arzu Məmmədov- Samux Rayon Polis Şöbəsinin rəis köməkçisi: “Bu mövzuda yerlərdə keçirilən görüşlər özünü müsbət tərəfdən doğruldur. Son bir neçə ildə şagirdlər arasında narkomaniyaya yoluxma halı qeydə alınmayıb. Biz bu tədbirləri rayon məktəblərinda davam etdirəcəyik”.

Keçidlər