Samux rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və təhsilin fəlsəfi, pedoqoji, psixoloji və kulturoloji əsasları”adlı elmi-praktik konfrans keçirildi
Samux rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və təhsilin fəlsəfi, pedoqoji, psixoloji və kulturoloji əsasları” adlı elmi-praktik konfrans keçirildi.
Tədbirdə rayonun idarə, təşkilat müəssisələri ilə yanaşı, bütün ümumtəhsil məktəblərində çalışan gənc pedaqoji kadrlar, əsasən də psixoloqlar, tələbə gənclər olmaqla 200 nəfər iştirak edirdi.
Konfransı giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə gələn qonaqları Ümummilli lider Heydər Əliyevin “Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq” sözləri ilə başladı.
Daha sonra çıxış edən Samux rayon Heydər Əliyev Mərkəzinin elmi şuranın rəhbəri Samirə Ələkbərova Şəxsiyyət və liderlərin inkişafı, müxtəlif peşə xarakterli problemlərin sistemli və situativ təhlili üçün kulturologiyanın imkanlarından effektiv istifadə edilməsi, insanın inkişafı və idarəetmənin konkret və mürəkkəb problemlərinin sistemli təhlilinə, cəmiyyətin modernləşməsi, şəxsiyyətin, sosial-mədəni siyasətin təkmilləşdirilməsi, effektiv idarəetmənin innovativ modelləri və paradiqmalarının qurulması üçün geniş imkanlar açan innovativ kulturoloji yanaşma haqqında danışdı. Mərkəzdə elmi şura tərəfindən münztəzəm olaraq elmi-praktik konfransların keçirilməsinin əhəmiyyətindən də söhbət açdı.
Daha sonra Əhalinin sosial Müdafiə Nazirliyinin baş psixoloqu Xatirə Səfərova çıxışını Ulu Öndər Heydər Əliyevin “Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun.” sözləri ilə təhsilin pedaqoji və psixoloji əsasları haqqında maraqlı təqdimatlarla çıxış etdi.
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru Taciyə Mehdisoy, tarixçi etnoqraf Nuranə Həsənova da bu mövzu haqqında öz fikirlərini gələn qonaqlarla bölüşdülər.
Tədbir daha sonra müzakirələrlə davam etdi.