Şriftin ölçüsü :

Saytın rəngi :

18 mart 2013-cü il tarixində Samux rayonunda “Milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı” günü münasibətilə keçirilən bayram tədbiri

19 mart 2013 | 16:00

18 mart 2013-cü il tarixində saat 11:00 da Samux rayonu İcra Hakimiyyəti binası aparatının konfrans zalında “Milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı” günü münasibətilə bayram tədbiri keçirilmişdir. Tədbirdə İcra Hakimiyyətinin Başçısı,  İcra Hakimiyyətinin bir sıra məsul işçiləri, hüquq mühafizə orqanlarının rayon şöbələrinin rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Ümumilikdə tədbirdə 60 nəfər iştirak etmişdir. Tədbiri Samux rayon İcra Hakimiyyətinin  Başçısı Alı Qocayev açaraq başda Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov olmaqla bütün təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı münasibəti ilə təbrik etmiş, Azərbaycan Respublikasında milli təhlükəsizlik orqanlarının rolu, tarixi, bu günü və ölkə başçısının təhlükəsizlik orqanlarına və işçilərinə qayğısı haqqında geniş nitq söyləmişdir.
Bundan sonra Milli Təhlükəsizlik Nazirliyi  Samux rayon şöbəsinin rəisi Ə. Abbasov keçirilən bu  bayram münasibəti ilə ətraflı məruzə etmişdir. Onun bu məruzəsinə rayon ictimaiyyətinin nümayəndələri də qoşularaq, məruzə ətrafında çıxışlar etmişlər . Daha sonra hüquq mühafizə orqanlarının rayon şöbələrinin rəhbərləri də təbrik çıxışları etmişlər.
Tədbirin sonunda İcra Hakimiyyətinin Başçısı tərəfindən rayonda öz işləri ilə fərqlənən Milli təhlükəsizlik orqanları əməkdaşları həyətyanı torpaq sahələri, fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılmışlar.

Keçidlər