Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon əhalisinin tibbi müayinəsi davam etdirilir.

22 aprel 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidentinin tapşırığına və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” 01.02.2016-cı il tarixli 19-S sərəncamına əsasən fevral ayının 15-dən may ayının 15-dək ölkə əhalisinin tibbi müayinədən keçirilməsinə başlanmışdır. Tibbi müayinənin keçirilməsinə başlanmış  2 ay yarım vaxt ərzində  56360 nəfər əhalisi olan Samux rayon əhalisinin 37559 (67%) nəfəri müayinədən keçirilmişdir. Bu vaxt ərzində müayinədən keçirilmiş əhali qrupunun 1517 (4%) nəfərində müxtəlif xəstəliklər aşkar edilmiş,  müvafiq müalicələr təyin edilmiş və 1 nəfərə  Bakı şəhərinə göndəriş verilmişdir.  Aşkar olunan xəstəliklər arasında uşaq xəstəlikləri 355 (23%)  nəfərdə, terapevtik xəstəliklər  319 (21%) nəfərdə,  endokriniloji xəstəliklər 233 (15%)  nəfərdə, oftolmaloji xəstəliklər  124 (8%)  nəfərdə,  kardioloji xəstəliklər 118 (8%) nəfərdə üstünlük təşkil edir.
      Müayinəyə başlanmış 2 ay yarım vaxt ərzində Samux rayonu üzrə 13283 nəfər uşaq əhalisindən  9955 (75%) nəfəri müayinədən keçmişdir. Müayinədən keçən  9955 nəfər uşaqda  355 (3.6%) müxtəlif xəstəliklər aşkar edilmişdir  və 1 nəfərə Bakı şəhərinə göndəriş verilmişdir.
        Müayinə olunanlar arasında ilkin olaraq 23  xəstəlik aşkar edilmişdir. Onlardan 8 nəfərdə pediatrik,  3 nəfərdə kardioloji, 2 nəfərdə terapevtik, 1 nəfərdə otolorinqoloq, 5 nəfərdə oftolmoloji, 1 nəfərdə onkoloji, 1 nəfərdə nevroloji, 2 nəfər isə endokrinoloji xəstəlik aşkar edilmişdir.

 


SAMUX MRX-NIN BAŞ HƏKİMİ :                                    İ.İ.HƏSƏNOV

Keçidlər