Samux Rayon Heydər Əliyev Mərkəzində “Müstəqil Azərbaycan dövlətinin qurucusu və xilaskarı Heydər Əliyev ”adlı seminar keçirildi.
Samux Rayon Heydər Əliyev Mərkəzində “Müstəqil Azərbaycan dövlətinin qurucusu və xilaskarı Heydər Əliyev ”adlı seminar keçirildi.
Tədbirdə Samux Rayon Heydər Əliyev Mərkəzinin Elmi şurasının üzvləri, tələbə gənclər və orta məkəb şagirdləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə öz çıxışına Lider Heydər Əliyevin “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına dövlətçiliyimizə ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub.”sözləri ilə başladı.
Daha sonra spiker tarixçi Nuranə Həsənova bütün fəaliyyətini Azərbaycan dövlətinə xalqımıza xidmətə həsr edən Ulu Öndər Heydər Əliyevin xalqa hər zaman dayaq olduğunu, ölkəmizin tarixində önəmli rolundan və əvəzsiz xidmətlərindən ətraflı şəkildə məlumat verdi .
“Heydər Əliyev-Dahi şəxsiyyət “ adlı film nümayiş olundu.
Tədbirin soununda gənclərin də Ulu Öndər haqqında fikirləri də dinlənildi.