Samux rayonunda “Novruz” bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilmişdir.
18 mart 2013 | 16:00
Samux rayonunun mərkəzində Novruz bayramı münasibətilə 2013-cü il 16 və 17 mart tarixlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmuşdur. Təşkil olunmuş yarmarkada 3 min nəfərə yaxış rayon əhalisi iştirak etmişdir. Yarmarkaya 30 tona yaxın müxtəlif növ kənd təsərrüfatı məhsulları satışa çıxarılmışdır və məhsullar bazar qiymətindən 30-40 faiz aşağı qiymətlərlə satılmışdır. Kənd təsərrüfatı məhsullarının satış yarmarkasının təşkil olunması rayon əhalisi tərəfindən cox yüksək əhvali-ruhiyyə ilə qarşılanmışdır.