Şriftin ölçüsü :

Saytın rəngi :

“Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizdən istifadə ” layihəsi çərçivəsində “Radikalizmə yox deyək” mövzusunda tədbir keçirildi.

12 aprel 2016 | 16:00

06 aprel 2016- cı il tarixində Əhmədbəyli kənd tam orta məktəbinin akt zalında Samux rayon İcra Hakimiyyəti, Samux şəhər Müsəlmanları Dini İcması və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizdən istifadə ” layihəsi çərçivəsində  “Radikalizmə yox deyək” mövzusunda tədbir  keçirilmişdir.
Tədbirdə Əhmədbəyli kənd ictimaiyyətinin nümayəndələri, gənclər və dindarlar iştirak edirdi.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Samux rayon İHB-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Elnaz Cəfərova tədbiri açaraq qeyd etdi ki, xalqın mövcudluğunun əsas göstəricisi olan milli - mənəvi dəyərlər, onun ən qiymətli sərvətidir. Bu milli-mənəvi dəyərlər, tariximiz, dinimiz, dilimiz, adət ənənələrimiz, mədəniyyətimiz , ədəbiyyat və incəsənətimizdir. Ulu öndər, Heydər Əliyev milli - mənəvi dəyərlərimiz haqqında belə demişdir , milli –mənəvi dəyərlər və Azərbaycanlılıq – bu sözlər hər bir Azərbaycanlı üçün doğma , əziz və müqəddəsdir. Bu həm də milli ruhun , milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsipləri əsasında formalaşması deməkdir. Xalqımız , millətimiz keçmişin bütün buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli - mənəvi dəyərlərin , milli özünü dərkin formalaşmasına yeni zəmin yarandı. Gənclərimizi dini və mənəvi xətt əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti bütün cəmiyyətin üzərinə düşür. Radikalizmə qarşı mübarizədə hər bir azərbaycan vətəndaşı , xüsusilə də ziyalılar və dindarlar fəallıq göstərməlidir.
Natiq eyni zamanda qeyd etdi ki, bu gün böyük fəxr hissi ilə deyə bilərik  ki, bizim vətən uğrunda canlarından keçən şəhidlərimiz var, onlar bizim qürur mənbəyimizdir. Bu gün Azərbaycanın  güclü ordusu, vətənpərvər oğulları, Ali baş komandanımız cənab İlham Əliyev kimi güclü siyasətci Prezidentimiz var .Biz hər birimiz bu gün cənab Prezidentin ətrafında sıx birləşməli  və onun daxili və xarici siyasətini dəstəkləməliyik.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirdi.
Tədbirdə çıxış edən Samux rayon Samux şəhər Müsəlmanları  Dini İcmasının sədri, rayon axundu İlham Məmmədov dini maarifləndirmə sahəsində həyata keçirilən bu cür tədbirlərin  müsbət nəticələrini   xüsusi qeyd etdi.
Samux rayon İHB – nın İctimai –siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Azər Əhmədov, Dini Qurumlarla İş üzrə dövlət Komitəsinin Gəncə şöbəsi üzrə əməkdaşı Rövşən Hacıyev, Əhmədbəyli kənd tam orta məktəbinin müəllimi Məhəbbət Şükürova, Samux rayon İcra Hakimiyyəti başçısının Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ayaz Şükürov, kənd sakini Xaləddin İsgəndərov, kənd ağsaqqalı Teyyub Bayramov tədbirdə çıxış edərək, gənclərimizi milli - mənəvi dəyərlərimizi qoruyub saxlamaq ruhunda tərbiyələndirilməsində, onların  radikalizmə qarşı mübarizəyə istiqamətlənməsində   rayon ziyalılarının də üzərinə böyük işlər düşdüyünü bildirdilər.
Tədbiririn sonunda iştirakçıları maraqlandıran suallara cavab verildi.

Keçidlər