Samux rayon Samux şəhər müsəlmanları dini icmasının həyata keçirdiyi “Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizdən istifadə ” layihəsi çərçivəsində “Radikalizmə yox deyək” mövzusunda tədbir keçirildi.
Aprelin 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə maarifləndirici tədbir Samux rayon Samux şəhər müsəlmanları dini icmasının həyata keçirdiyi “Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizdən istifadə ” layihəsi çərçivəsində “Radikalizmə yox deyək” mövzusunda keçirilib.
Samux rayon Sərkar kənd İcra nümayəndəliyində təşkil edilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, şöbənin məsləhətçisi Rövşən Hacıyev, dini icmanın sədri İlham Məmmədov, Samux rayon İH-nin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elnaz Cəfərova, Samux rayon İH-nin əməkdaşı Azər Əhmədov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Samux rayon İH-nin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elnaz Cəfərova, Dövlət Komitəsinin ümumilikdə respublikada, eyni zamanda Samux rayonunda dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb. Elnaz Cəfərova bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən silsilə maarifləndirmə tədbirləri həyata keçiriləcək. Tədbirdə ekspert kimi çıxış edən DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Tədbirdə çıxış edən Samux rayon Samux şəhər müsəlmanları dini icmasının sədri İlham Məmmədov dini maarifləndirmə sahəsində görülən işlərin müsbət nəticələrini xüsusi qeyd edib.
Tədbirdə şəhidlərimizin ruhu üçün dualar oxunub, xatirələri hörmətlə yad edilib.