Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Samux rayon İcra Hakimiyyətinin dəstəyi ilə ordumuza dəstək məqsədilə "Qarabağa Qayıdış "adlı konfrans tədbir təşkil olundu.
Tədbirdə rayonun idarə və təşkilat rəhbərləri, kənd və qəsəbələrdən gənclər iştirak edirdi. Tədbir Azərbaycan himni ilə başladı. Sonra "Qarabağa Qayıdış"adlı video çarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə Samux rayon İcra Başçısının müavini Kəmalə Xəlilova və Samux rayon Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə açıq elan edərək, Azərbaycanın rəşadətli, torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş övladlarının ruhunu 1dəqiqəlik sükutla qeyd etdilər. Tədbirdə Yeni Azərbaycan Partiyası Samux rayon Təş.kilatının Sədri Gündüz Bayramov, Samux Rayon Təhsil Şöbəsinin Müdir müavini Faiq Həsənov , Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinin Samux rayon Bölməsinin nümayəndəsi Rüstəm Xudiyev, Samux rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eynur Fərmanlı, Qarabağ Əlillər Cəmiyyətinin Samux rayon Nümayənədliyinin Sədri, Samux rayon Ağsaqqallar Şurasının Sədri Həmzə Həmzəyev, Milli Qəhrəman Eltun İsgəndərovun atası Xaləddin İsgəndərov azərbaycan ordusu, ərazi bütövlüyümüz, qələbə haqqında çıxışlar etdilər.
Tədbirdə “Əsgərə məktublar” adlı kitabın da təqdimatı oldu.
Sonda uşaq və gənclərin hazırladıqları çıxış və ifalar tədbirin vətənpərvər ruhda, coşqu ilə davam etməsinə xüsusi rəng qatdı.